Rəsədxana: ρ Cas hipernəhəng ulduzunun atmosferinin tədqiqat nəticələri təqdim olunub

Rəsədxana: ρ Cas hipernəhəng ulduzunun atmosferinin tədqiqat nəticələri təqdim olunub Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar keçirilib.
Seminarda rəsədxananın Ulduz atmosferləri fizikası və maqnetizm şöbəsinin elmi işçisi Günay Hacıyevanın “ρ Cas (HR 9045, HD 224014) ulduzunun kimyəvi tərkibi” mövzusunda məruzəsi dinlənilib.
Məruzədə model üsulu ilə ρ Cas hipernəhəng ulduzunun atmosferinin tədqiqat nəticələri təqdim olunub. Tədqiqatda istifadə edilmiş fotometrik kəmiyyətlərinin və hidrogenin Balmer seriyasının xətlərinin ekvivalent enlərinin müşahidə və nəzəri hesablanmış qiymətlərinin müqayisəsi əsasında ulduzun effektiv temperaturu və səthində ağırlıq qüvvəsinin təcili, FeII xətləri əsasında mikroturbulent hərəkət sürəti təyin edilib, ulduzun atmosferində kimyəvi elementlərin miqdarı hesablanıb. Aşkar edilib ki, ρ Cas ulduzunun atmosferində Günəşdə olan miqdar ilə müqayisədə karbon elementinin miqdarı az, azot və natrium elementlərinin miqdarı çox, digər elementlərin miqdarı isə praktik olaraq eynidir.
Sonra mövzu ilə bağlı müzakirələr aparılıb, suallar cavablandırılıb.

Tehsil-press.az




Oxşar xəbərlər