Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında Elmi Şuranın növbəti iclası olub.
Iclasda rəsədxananın baş direktoru AMEA-nın müxbir üzvü Namiq Cəlilov gündəlikdə duran məsələləri diqqətə çatdırıb.
Sonra rəsədxananın elmi ezamiyyətlərdə olmuş əməkdaşlarının hesabatları dinlənilib. Rəsədxananın icraçı direktoru professor Nəriman İsmayılov M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Dövlət Astronomiya İnstitutunda “Ulduzlar fizikası – nəzəriyyə və müşahidə” adlı elmi konfransda iştirakı, Qalaktikalar və ulduzəmələgəlmə prosesləri şöbəsinin elmi işçisi Səbahəddin Alışov COST-un təşəbbüsü ilə təşkil olunmuş gənc tədqiqatçılar üçün beynəlxalq təlim məktəbi (İspaniya, Tenerife) və Kosmik plazma və heliogeofiziki problemlər şöbəsinin əməkdaşı Xalid Cəfərov “ESO”, “INAF” və “Opticon Radionet Pilot”un birgə təşkilatçılığı ilə keçirilən “ORP – 2023 Instrumentation School” (İtaliya, Milan) çərçivəsində elmi ezamiyyəti haqqında məlumat veriblər.
Tehsil-press.az