Rəsədxana əməkdaşları Moskvada beynəlxalq konfransda çıxış ediblər

Rəsədxana əməkdaşları Moskvada beynəlxalq konfransda çıxış ediblər M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Şternberq adına Astronomiya İnstitutunda “Ulduzlar fizikası – nəzəriyyə və müşahidə” adlı konfrans keçirilib.
Tədbirdə iştirak etmək üçün Moskvaya ezam olunan N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının icraçı direktoru professor Nəriman İsmayılov konfransda məruzə ilə çıxış edib.
Konfransın yekununda professor Nəriman İsmayılov tədbir iştirakçıları ilə bir sıra görüşlər keçirib, gələcək əməkdaşlıq sahəsində müzakirələr aparıb.
Qeyd edək ki, beynəlxalq konfransın bundan əvvəlki iki tədbiri məhz Şamaxı Astrofizika Rəsədxanasında 2019-cu ildə əyani və 2022-ci ildə onlayn formada keçirilib.

Tehsil-press.az




Oxşar xəbərlər