Rəsmi Ankara oktyabrın sonuna qədər Ukraynadakı münaqişənin həlli üçün beynəlxalq görüş təşkil etməyi planlaşdırır.
Müxtəlif ölkələrin milli təhlükəsizlik müşavirləri, o cümlədən ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan məsləhətləşmələr üçün İstanbula gələcək.
Gündəmin mərkəzində Ukrayna Prezidenti Volodimir Zelenskinin sülh planı və Kiyevin bu təşəbbüsü müzakirə etmək üçün 2023-cü ildə qlobal toplantı təşkil etmək niyyəti olacaq.
İstanbulda təşkil ediləcək danışıqlar iyunda Danimarkada və avqustda Səudiyyə Ərəbistanında keçirilən məsləhətləşmələrdən sonra üçüncü belə görüş olacaq.
Tehsil-press.az