ABŞ Ciddədə Ukrayna ilə bağlı aparılan danışıqları yüksək qiymətləndirib

ABŞ Ciddədə Ukrayna ilə bağlı aparılan danışıqları yüksək qiymətləndirib ABŞ avqustun 5-6-da Ciddədə Ukrayna münaqişəsinin həlli üzrə Rusiyanın iştirakı olmadan aparılan danışıqları məhsuldar hesab edir.
Bunu Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller deyib.
Bildirib ki, ABŞ tərəfdən danışıqlarda milli təhlükəsizlik müşaviri Ceyk Sallivan və Dövlət katibinin birinci müavini vəzifəsini icra edən Viktoriya Nuland iştirak edib.
Bundan əvvəl Çin Xarici İşlər Nazirliyi Ciddədə Ukrayna münaqişəsinin nizamlanması üzrə son məsləhətləşmələri beynəlxalq konsensusun möhkəmlənməsinə kömək kimi şərh edib.
Ciddədə keçirilən danışıqlarda Səudiyyə hakimiyyəti Ukraynadakı münaqişənin həlli üçün alternativ plan təqdim edib. Buraya Ukraynanın bütövlüyünün qorunması, bütün cəbhələrdə atəşkəs, BMT-nin himayəsi altında sülh danışıqlarının başlanması və əsirlərin dəyişdirilməsi daxildir. Məsləhətləşmələrdə Çin, Hindistan, Cənubi Afrika və Braziliya da daxil olmaqla 40-a yaxın dövlətin nümayəndəsi iştirak edib.

Tehsil-press.az


Oxşar xəbərlər