“Mobility-10” müsabiqəsinin iştirakçıları elmi ezamiyyətdə

“Mobility-10” müsabiqəsinin iştirakçıları elmi ezamiyyətdə Azərbaycan Elm Fondu tərəfindən elan olunmuş “Mobility-10” müsabiqəsinin iştirakçıları Ələkbər Hüseynzadə, Samirə İsmayılova, Gültəkin Mehralıyeva, Fərqanə Əlizadə və Nübar Məlikova Sivas Cümhuriyyət Universiteti Sivas Qabaqcıl Texnoloji Araşdırma və Uyğulama Mərkəzində (CÜTAM) və Eskişəhər Osmanqazi Universitetinin Mərkəzi Araşdırma Laboratoriyasında (ARUM) layihələr çərçivəsində elmi ezamiyyətdə olublar.
Samirə İsmayılova, Gültəkin Mehraliyeva, Nübar Məlikova və Fərqanə Əlizadə HPLC, GC-MS, NMR, LC-MS və FTIR cihazları üzrə, Ələkbər Hüseynzadə isə maye və bərk fazada NMR-da təlimlər keçərək imtahan verib və kursu müvəffəqiyyətlə tamamlayaraq beynəlxalq dərəcəli sertifikatlar əldə ediblər. Təlimin sonunda Sivas Cümhuriyyət Universitetinin rektoru professor Alim Yıldız tədqiqatçılarımızı qəbul edib, onlarla elmi tədqiqatlar, gələcək birgə çalışmalar haqqında müzakirələr aparıb və onlara beynəlxalq dərəcəli sertifikatları təqdim edib.

Tehsil-press.az


Oxşar xəbərlər