“İlin gənc alimi” Fransada tədqiqat aparıb

“İlin gənc alimi” Fransada tədqiqat aparıb Elm və Təhsil Nazirliyinin Fizika İnstitutunun əməkdaşı, Azərbaycan-Fransız Universitetinin müəllimi, fizika üzrə fəlsəfə doktoru, “İlin gənc alimi” seçilmiş Behbud İbrahimov Fransanın Strasburq Universitetində elmi ezamiyyətdə olub.
Bir ay davam edən ezamiyyət çərçivəsində gənc alim Strasburq Universitetinin professoru Filip Turekin rəhbərlik etdiyi “Pomam” laboratoriyasında aşağı ölçülü sistemlərin bəzi xassələrinin öyrənilməsi məqsədilə elmi-tədqiqat işi aparıb, aldığı elmi nəticələri həmkarları ilə müzakirə edib.
Behbud İbrahimov, həmçinin universitetin bir neçə laboratoriyası ilə tanış olub, müxtəlif cihazların işləmə prinsipi haqqında məlumatlar əldə edib.

Tehsil-press.az


Oxşar xəbərlər