ADNSU-da Vorvik Universiteti ilə magistratura səviyyəsində dərslərə başlanılıb

ADNSU-da Vorvik Universiteti ilə magistratura səviyyəsində dərslərə başlanılıb Vorvik Universiteti, “Warwick Manufacturing Group” və Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) arasında “Bərpa olunan enerji mənbələri” üzrə ikili diplom proqramı üzrə magistratura səviyyəsində dərslərə başlanılıb.
İlk dərs universitetin dosenti Orxan Kərimzadə tərəfindən keçirilib.
Proqram “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində yaradılıb. Məqsəd tədrisə cəlb edilən dünya səviyyəli professor-müəllim heyəti sayəsində tələbələrin sürətlə inkişaf edən sektorda rəqabət üstünlüyü qazanmaları, həmçinin ölkəmizin təmiz enerjiyə keçidində açar rolu oynamaları üçün lazım olan bilik və bacarıqlara yiyələnmələrini təmin etməkdir.

Tehsil-press.az


Oxşar xəbərlər