Rusiya Serbiyada Ukraynaya qarşı döyüşmək üçün muzdlular toplayır

Rusiya Serbiyada Ukraynaya qarşı döyüşmək üçün muzdlular toplayır BBC xəbər verir ki, Rusiya Ukraynadakı müharibədə iştirak etmək üçün aktiv şəkildə muzdlu serbləri cəlb edir.
İndiyədək Serbiya və digər Balkan dövlətlərinin 100-ə yaxın vətəndaşı muzdlu qismində Rusiya ordusuna cəlb edilib.
Xəbər xidmətinin məlumatına görə, Rusiya Müdafiə Nazirliyi ilə müqavilə bağlamış muzdlu serblər 106-cı Hava Desant Diviziyasının tərkibində döyüşə göndərilir.
Serblər arasında muzdluların toplanması Yuqoslaviyanın keçmiş prezidenti Marko Miloşeviçin hazırda Rusiyada yaşayan oğlu, həmçinin 2014-cü ildən Ukraynanın şərqində döyüş əməliyyatlarında iştirak edən serb komandiri Davor Saviçiç, eləcə də "Gecə canavarları" qrupunun rəhbəri “Cərrah” ləqəbli Aleksandr Zaldostanov tərəfindən həyata keçirilir.

Tehsil-press.az



Oxşar xəbərlər