Brüsseldə Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupunun - “Ramştayn” formatının 16-cı iclası keçirilib.
Bu iclas Ukrayna üçün “Ramştayn” formatının ötən görüşlərindən daha çox əhəmiyyət daşıyırdı. Çünki Qəzza zolağında baş verən son hadisələrdən sonra rəsmi Kiyev üçün əsas narahatedici məqam Yaxın Şərqdəki yeni müharibə ocağı ilə əlaqədar ABŞ-ın və onun müttəfiqlərinin Ukraynaya diqqətinin azalması riskidir. Bu narahatlığı Ukrayna Prezidenti Volodimir Zelenski və xarici işlər naziri Dmitri Kuleba bəyanatlarında gizlətmirlər. Bəlkə də elə buna görə “Ramştayn” formatının NATO Baş Qərargahında keçirilən görüşünə Prezident Volodimir Zelenski şəxsən qatıldı.
Bu baxımdan ABŞ və 50-yə yaxın müttəfiq ölkənin müdafiə nazirləri və hərbi komandanlarının iştirak etdiyi “Ramştayn” formatının növbəti görüşündə müzakirəyə çıxarılan məsələlər və qəbul olunan qərarlar olduqca əhəmiyyətli idi. İclasın yekununun Ukrayna üçün ümidverici olduğunu söyləmək mümkündür. ABŞ-ın müdafiə naziri Lloyd Ostin çıxışında açıq şəkildə bəyan etdi ki, dünyada baş verən proseslər rəsmi Vaşinqtonun Kiyevə yardımına təsir etməyəcək. İstənilən “fırtınada” ABŞ Ukraynaya hərbi və maliyyə yardımı çatdıracaq. Pentaqon rəhbəri müttəfiq ölkələri də vahid platformadan çıxış etməyə çağırdı.
Onu da qeyd edək ki, iclas öncəsi ABŞ Müdafiə Nazirliyi Ukraynaya növbəti 200 milyon dollarlıq hərbi yardım paketini təsdiqlədi. İclasdan sonra mətbuata açıqlamasında Zelenski bildirdi ki, Yaxın Şərqdəki münaqişə fonunda müttəfiqlərindən Ukraynaya yardımların azaldılmasına ümid edən qüvvələr yanılırlar. Tərəfdaşlar bunun baş verməyəcəyinə söz verirlər. “Ukrayna ABŞ-la birbaşa və güclü münasibətlərə, eləcə də Avropa İttifaqındakı dostlara arxalanır”, - deyə Zelenski vurğulayıb.
“Ramştayn” formatında keçirilən iclasda, ilk növbədə, Ukraynanın hava hücumundan müdafiəsinin gücləndirilməsi, F-16 qırıcı təyyarələrinin verilməsi, ukraynalı pilotların təlimi kimi məsələlər müzakirə olunub. Danimarkanın müdafiə naziri Troels Lund Poulsen gələn ilin birinci rübündə ölkəsinin ilk F-16 qırıcılarını Ukraynaya göndərmək imkanını açıqlayıb. “Biz ümid edirik ki, mart və ya apreldə F-16 döyüş təyyarələrinin ilk partiyasını Ukraynaya çatdıra biləcəyik”, - deyə o, iclasdan öncə jurnalistlərə bildirib.
Tehsil-press.az