ADNSU-da DAAD təqaüd proqramı ilə bağlı təqdimat

ADNSU-da DAAD təqaüd proqramı ilə bağlı təqdimat Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Almaniyada təqaüdlü təhsil - Alman Akademik Mübadilə Xidmətinin (DAAD) təqaüd proqramı ilə bağlı təqdimat olub.
Müvafiq qurumların nümayəndələrinin, tələbələrin iştirak etdikləri tədbirdə DAAD-ın Tbilisi nümayəndəliyinin rəhbəri Gebhard Reul Almaniyada təhsil, DAAD təqaüd proqramı, Azərbaycan üçün DAAD təqaüdləri və müraciət qaydaları haqqında ətraflı təqdimatla çıxış edib.
Almaniyada təhsil üzrə məsləhətçi, proqram əlaqələndiricisi Sevər Qarayeva Almaniyada müxtəlif ixtisaslar üzrə təhsil təqaüdü, Almaniyada magistr, PhD təhsili və yay kursu, o cümlədən DAAD təqaüd proqramı barədə məlumat verib.
Sonra tələbələrin sualları cavablandırılıb.

Tehsil-press.az


Oxşar xəbərlər