BDU: Tələbələr DAAD-ın təqaüd proqramları barədə məlumatlandırılıb

BDU: Tələbələr DAAD-ın təqaüd proqramları barədə məlumatlandırılıb Alman Akademik Mübadilə Xidməti (DAAD) Bakı Dövlət Universitetinin (BDU) tələbələri üçün məlumatlandırma tədbiri keçirib.
Tədbirdə DAAD-ın Tbilisidəki regional ofisinin rəhbəri Gebhard Reul və regional ofisin Azərbaycan üzrə koordinatoru Sevər Qarayeva tələbələrə Almaniyada təhsil və tədqiqat imkanları barədə ətraflı məlumat veriblər.
Tələbələr DAAD-ın təqaüd proqramları barədə məlumatlandırılıblar. Bildirilib ki, 1950-ci ildə yaradılan DAAD təqaüdlərini indiyədək bir milyondan çox insan qazanıb və təhsilini Almaniyada davam etdirib. Azərbaycan Almaniyada DAAD təqaüdləri ilə təhsil almaq sayına görə dünyada ikinci yerdədir.
Sonra qonaqlar tələbələrin suallarını cavablandırıblar.

Tehsil-press.az



Oxşar xəbərlər