DAAD Regional direktoru BANM-də

DAAD Regional direktoru BANM-də Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov Alman Akademik Mübadilə Xidmətinin (DAAD) Tbilisi Regional Ofisinin rəhbəri Gebhard Reul və ofisin Azərbaycan üzrə təhsil və təqaüd proqramları koordinatoru Sevər Qarayeva ilə görüşüb.
Qonaqları Bakı Ali Neft Məktəbində görməkdən məmnun olduğunu bildirən rektor Ali Məktəb haqqında ətraflı məlumat verib. Bildirib ki, ötən il yüksək rəqabət mühiti olan DAAD təqaüd proqramına 500-dən çox azərbaycanlı müraciət edib. Onların arasından təqaüdə layiq görülmüş 19 nəfərdən 6-sı məhz BANM məzunudur.
Elmar Qasımov “Yaşıl enerji“ istiqamətində Almaniya universitetləri ilə əməkdaşlığı da təklif edib. Gebhard Reul isə öz növbəsində DAAD-nin Bakı Məlumat Ofisinin regional mərkəzə birləşdirildiyini və belə regional mərkəzlərin digər ölkələrdə də fəaliyyətə başladığını söyləyib. O, Almaniya və Azərbaycan arasında təhsil əlaqələrinin genişləndirilməsində maraqlı olduqlarını deyib. Görüşdə BANM ilə DAAD arasında əlaqələrin mövcud vəziyyəti və gələcək əməkdaşlıq imkanları müzakirə edilib.
Yeri gəlmişkən DAAD bir sıra istiqamətlərlə yanaşı gənclərə Almaniya daxili və xaricində beynəlxalq təhsil və tədqiqat təcrübəsini toplamaq imkanı yaradan Akademik Mübadilə Xidmətidir.

Tehsil-press.az


Oxşar xəbərlər