Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq, Filologiya fakültələri və Yunus Əmrə İnstitutunun təşkilatçılığı ilə müasir türk ədəbiyyatının nümayəndəsi, şair Ömər Ərdəm ilə görüş olub.
Görüşdə Şərqşünaslıq fakültəsinin dekanı dosent Aydan Xəndan türk mədəniyyətinin, tarixinin, dilinin və ədəbiyyatının daha yaxşı təbliği və öyrədilməsi üçün belə tədbirlərin təşkilinin əhəmiyyətini vurğulayıb, son vaxtlar BDU ilə Yunus Əmrə İnstitutu arasında əməkdaşlığın daha da genişləndiyini bildirib. O, tələbələrə türk poeziyasının inkişaf mərhələləri haqqında məlumat verib.
Şair Ömər Ərdəm tarixi və sosial-iqtisadi faktorların türk ədəbiyyatına təsirindən və müasir dövrdə türk poeziyasının inkişafı və problemlərindən danışıb. O, yaradıcılığının əsas mövzusu və forma xüsusiyyətləri ilə bağlı sualları cavablandırıb, şeirlərini səsləndirib.
Sonra şair “İstanbula” şeir kitabını tələbələrə hədiyyə edib.
Tehsil-press.az