UNEC-də Milli Dirçəliş Günü qeyd edilib

UNEC-də Milli Dirçəliş Günü qeyd edilib Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) 17 Noyabr - Milli Dirçəliş Gününə həsr edilmiş seminar keçirilib.
Rus İqtisad Məktəbinin direktor müavini Anar Eyyubov bildirib ki, 1988-ci il noyabrın 17-də Azadlıq meydanında Sovet dövlətinin xalqımıza qarşı apardığı anti-Azərbaycan siyasətinə etiraz əlaməti olaraq Azərbaycan ictimaiyyətinin mitinqi başlayıb. Azərbaycanda bu hadisələr milli azadlıq hərəkatı kimi qiymətləndirilir və vətənimizin istiqlaliyyət qazanmasında əsas amil sayılır.
Seminarda Ulu Öndər Heydər Əliyevin milli dövlətçiliyimizin dirçəlişi istiqamətində atdığı addımlardan bəhs edilib. Həmçinin ölkəmizdə gedən inkişaf prosesi və Azərbaycanın bölgədə lider dövlətə çevrilməsi haqqında danışılıb.

Tehsil-press.az




Oxşar xəbərlər