Azərbaycanla Portuqaliya arasında təhsil sahəsində təcrübə mübadiləsi imkanları müzakirə olunub

Azərbaycanla Portuqaliya arasında təhsil sahəsində təcrübə mübadiləsi imkanları müzakirə olunub “Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) institusional potensialının gücləndirilməsi” layihəsi çərçivəsində Keyfiyyət təminatı departamentinin direktoru İlham Hümbətov və Qeyri-formal və informal təhsilin tanınması şöbəsinin müdiri Könül Əhmədovanın Portuqaliyaya işgüzar səfəri baş tutub.
Səfər çərçivəsində agentliyin əməkdaşları Lissabon şəhərində Portuqaliyanın Milli Kvalifikasiyalar, Peşə Təhsili və Təlimi Agentliyinin (ANQEP) məsul əməkdaşları ilə görüşüblər.
Görüşdə qeyri-formal və informal təhsilin tanınması, sözügedən kvalifikasiyaların tanınması zamanı xarici və daxili keyfiyyət təminatı mövzularında müzakirə aparılıb və gələcəkdə iki qurum arasında təcrübə mübadiləsi və əməkdaşlıq imkanları vurğulanıb.
Daha sonra TKTA-nın nümayəndələri Lissabon və Aveiro şəhərlərində qeyri-formal və informal yollarla əldə edilmiş bilik, bacarıq, səriştə və təcrübələrin qiymətləndirilməsinin həyata keçirildiyi kvalifikasiyaların tanınması mərkəzlərinə baş çəkiblər. Burada agentliyin əməkdaşları mərkəzlərin iş prinsipi, infrasturkturu, təcrübəsi ilə tanış olub, əməkdaşlıq və təcrübə mübadiləsi məsələlərini müzakirə ediblər.

Tehsil-press.az


Oxşar xəbərlər