Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Memarlıq fakültəsinin tələbəsi Murad Məmmədov “UI Green Metric” beynəlxalq reytinq şirkətinin və Özbəkistanın Buxara Dövlət Universitetinin birgə təşkilatçılığı ilə keçirilən “İkıncı Beynəlxalq Tələbə Liderlərinin Görüşü 2023” proqramında iştirak edib. Proqrama AzMİU tələbəsi ilə yanaşı, 7 ölkədən təmsilçilər qatılıb.
Tədbiri açan Buxara Dövlət Universitetinin rektoru professor Obidjon Xamidov proqramın lider tələbələr və universitetlər üçün əhəmiyyətindən danışıb. O, toxunulacaq mövzuların aktuallığı, eləcə də lider tələbələrlə birgə müzakirələrin dünyada ekoloji, sosial, iqtisadi davamlılığa töhfə verəcəyinə əminliyini ifadə edib. Qeyd edilib ki, tələbə liderlər üçün nəzərdə tutulan proqram qlobal platforma rolunu oynayır. Təmsilçilər bu proqramda innovativ ideyalarını, ən yaxşı təcrübələrini, ekoloji, sosial və iqtisadi davamlılığa dair fikirlərini bölüşürlər. Onlar planetimiz üçün davamlı gələcək yaratmaq məqsədilə aktual müzakirələrlə məşğul olur, fəaliyyət planları hazırlayır və mədəniyyətlərarası əlaqələri gücləndirirlər.
Tədbir müxtəlif universitetlərdən gəlmiş professorların maraqlı təqdimatları ilə davam edib.
Proqramın ikinci günü tələbələr Buxarada ağacəkmə aksiyasına cəlb olunublar. Ağacəkmə aksiyasından sonra Murad Məmmədov digər təmsilçilərlə birgə Buxarada yerləşən tarixi memarlıq abidələrini ziyarət edib.
Qeyd edək ki, “UI Green Metric” ekologiya sahəsində yeganə beynəlxalq reytinq nəşridir və onun məqsədi akademik cəmiyyətin diqqətini cəlb edərək ətraf mühit problemlərinin həllinə kömək etməkdir.
AzMİU artıq 6 dəfə bu beynəlxalq reytinq bazasının “Ekoloji cəhətdən dünyanın ən dayanıqlı universitetləri” siyahısına daxil olub. 2022-ci ildə AzMİU dünya üzrə 625-ci yerdə qərarlaşıb.
Reytinq tərtib edilən zaman istehlak və enerjiyə qənaət, su ehtiyatlarının səmərəli istifadəsi, tullantıların saxlanması və emalı, ətraf mühitə uyğun nəqliyyat vasitələrinin istifadəsi və kampus ərazisində yaşıllıq sahəsi üzrə göstəricilər əsas götürülür. Eyni zamanda, reytinqdə təhsil və elmi fəaliyyət göstəriciləri nəzərə alınır.
Tehsil-press.az