Tbilisidə səfərdə olan Azərbaycan Respublikasının elm və təhsil nazirinin müavini Həsən Həsənlinin rəhbərlik etdiyi nümayəndə heyəti noyabrın 29-da Gürcüstanın təhsil və elm nazirinin müavini Tamar Maxarişvili ilə görüşüb.
Görüşdə iki ölkənin müvafiq universitetləri arasında müəllim və tələbə mübadiləsi, birgə elmi araşdırmaların aparılması və s. məsələlər barədə müzakirələr aparılıb. Eyni zamanda, iki ölkə arasında elm və təhsil sahəsində əməkdaşlığın perspektivləri diqqət mərkəzində olub. Söhbət zamanı Azərbaycanla Gürcüstan arasında elm və təhsil sahəsində əməkdaşlığın daha da genişlənməsi və inkişafı baxımından qarşılıqlı səfərlərin sayının artırılmasının vacibliyi qeyd edilib.
Görüşdə Azərbaycanın elm və təhsil nazirinin müşaviri Simuzər Feyzullayeva, Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev, Elm və Təhsil Nazirliyinin Beynəlxalq Əməkdaşlıq Departamentinin rəhbəri Tural Əhmədov, BDU-nun Təhsil prosesinin təşkili və idarə edilməsi departamentinin rəhbəri Elçin Məmmədov və Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşı iştirak ediblər.
Tehsil-press.az