Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev Macarıstanın ölkəmizdəki səfiri Tamaş Yojef Torma ilə görüşüb.
Rektor Elçin Babayev son illər BDU-nun beynəlxalq əlaqələrinin daha da genişləndiyini, ikili diplom proqramlarının sayının 10-a çatdığını, müxtəlif ölkələrin nüfuzlu universitetləri ilə əməkdaşlıq müqavilələrinin imzalandığını bildirib. Həmin universitetlərin sırasında Macarıstanın 3 universiteti də var. Elçin Babayev BDU-nun bu əməkdaşlığın daha da genişləndirilməsi və macar universitetləri ilə ikili diplom proqramları imzalamaqda maraqlı olduğunu deyib.
Səfir Tamaş Yojef Torma isə Azərbaycanla Macarıstan arasında 30 illik əməkdaşlığın yüksələn xətlə inkişaf etdiyini bildirib. İki ölkə arasında münasibətlərin inkişafında elm və təhsil əlaqələrinin mühüm önəm daşıdığını, Azərbaycanın ən böyük və qədim ali təhsil müəssisəsi olan BDU-nun bu prosesdə xüsusi rolunu vurğulayıb.
Görüşdə BDU ilə Macarıstan universitetləri arasında əməkdaşlığın daha da genişləndirilməsinə dair müzakirələr aparılıb.
Tehsil-press.az