Amerika Universitetində atışma baş verib

Amerika Universitetində atışma baş verib Las-Veqas (ABŞ) polisi Nevada Universitetinin kampusunda kütləvi atışma barədə məlumat verib.
Polisdən verilən məlumata görə, hadisə nəticəsində çoxlu sayda insan tələfatı olub.
Polisin atəş açan şəxsi taparaq zərərsizləşdirdiyi də bildirilir.
Universitet rəsmiləri Las-Veqas şəhərciyindəki tələbələri dərhal təhlükəsiz yerə evakuasiya etməyə və ABŞ-ın kütləvi atışma protokollarına əməl etməyə çağırıb.
Las-Veqasda baş verən atışmada ölənlərin sayı qeyri-müəyyən olaraq qalır. Las-Veqas meri Carolyn G. Goodman hadisə ilə bağlı sosial mediada dərin kədərini ifadə edərək, atışma xəbərini “faciəli və ürəkağrıdan” adlandırıb.
Ağ Evin mətbuat katibi Karine Jean-Pierre hadisə ilə bağlı əlavə məlumat vermədən hadisənin yaxından izlənildiyini bildirib.

Tehsil-press.az


Oxşar xəbərlər