ABŞ-da qasırğa ciddi fəsadlar törədib

ABŞ-da qasırğa ciddi fəsadlar törədib ABŞ-ın şərq sahillərində baş verən güclü qasırğa üç nəfərin həyatına son qoyub.
Massaçusets ştatının Boston şəhərində küləyin sürəti saatda 80 kilometrə çatıb. Təbii fəlakət 635 minə yaxın insanı işıqsız qoyub.
ABŞ Milli Meteorologiya Xidmətinin məlumatına görə, güclü yağışlar nəticəsində çaylarda suyun səviyyəsi artıb. Hakimiyyət orqanları ondan çox ştatda daşqınların ola biləcəyi ilə bağlı xəbərdarlıq edib.
Güclü külək və yağış səbəbindən 500-ə yaxın aviareys təxirə salınıb, 4 min 900-dən çox aviareys isə gecikib. Ən çox zərər Boston və Nyu-York hava limanlarına dəyib.

Tehsil-press.az


Oxşar xəbərlər