Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə İstanbulun yenidən qurulması layihəsinə start verilib.
İlkin mərhələdə 3037 mənzilin təməli atılıb, mülk sahibləri ilə ilk anlaşmalar imzalanıb.
İstanbulu ola biləcək zəlzələyə hazırlamaq üçün tarixi addımlar atmaqdan qürur hissi keçirdiklərini qeyd edən Ərdoğan deyib: “Şəhərlərin yenidən qurulması layihələrində adını “Yarısı bizdən” qoyduğumuz kampaniyamıza istanbullular böyük maraq göstərdi. Kampaniyada bu günə qədər 1 milyon 233 min müraciət edilib. “Yarısı bizdən” kampaniyası ilə ümumilikdə 350 min binanı yenidən qurmağı hədəfləyirik. Kampaniyamız çərçivəsində hər bir mənzil üçün 1,5 milyon lirə dəstək verəcəyik”.
Bildirilib ki, indiyədək kampaniyaya müraciət edib 100 faiz razılığa gəlinilən əmlak sayı 71 mini keçib. Əlli faiz və daha çox razılıq alanların sayı isə 158 minə çatıb. Yüz bina olmaqla 500 nəfərlə ilk müqavilələr bağlanıb.
Türkiyə Prezidenti bu gün atılan daha bir əhəmiyyətli addımın da İstanbulun yenidən qurulması layihəsi çərçivəsində söküntü işlərinin başladılması olduğunu deyib.
Bu il fevralın 6-da ölkənin 11 vilayətində 14 milyon insana təsir göstərən dağıdıcı zəlzələni xatırladan Ərdoğan ölkəsi üçün təbii fəlakətlərə hazırlığın seçkidən daha önəmli olduğunu qeyd edib.
“Bu səbəbdən İstanbul başda olmaqla, 81 əyalətimizə edə biləcəyimiz ən böyük yaxşılığın şəhərsalma olduğuna inanırıq”, - deyə Türkiyə Prezidenti vurğulayıb.
Tehsil-press.az