Efiopiya 33 milyon dollarlıq beynəlxalq dövlət istiqrazlarını ödəyə bilmədiyi üçün defolt elan edib.
Afrikada əhali sıxlığına görə ikinci yerdə qərarlaşan Efiopiya COVID-19 pandemiyası və 2022-ci ilin noyabrında başa çatan ikiillik vətəndaş müharibəsindən sonra ağır maliyyə sıxıntıları içindədir. Hökumət dekabrın əvvəlində rəsmi olaraq defolt elan etmək niyyətində olduğunu bildirib. Ölkə dekabrın 11-də bir milyard dollarlıq borcunu tam olaraq ödəməli olsa da, 14 günlük “güzəşt dövrü” dekabrın 26-da başa çatıb.
Qeyd edək ki, Efiopiya son illərdə kredit borcunun öhdəsindən gələ bilməyən üçüncü Afrika ölkəsidir. Əvvəllər inkişaf etməkdə olan digər ölkələr də oxşar problemlə üzləşib. Qana 2022-ci ildə, Zambiya isə 2020-ci ildə defolt elan edib.
Tehsil-press.az