Türkiyə Cümhuriyyəti Mehmet Akif Ərsoy vəqfinin başqanı Ruyan Soydan Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin qonağı olub.
Ədəbiyyat Muzeyinin direktoru akademik Rafael Hüseynov Ruyan Soydanla görüşərək Azərbaycan-Türkiyə ədəbi əlaqələrindən, Yunus Əmrə ekspozisiyasının, eləcə də ekspozisiyanın digər guşələrinin yaranmasından danışıb. Hüseyn Cavid yaradıcılığına xüsusi rəğbət və sevgisini bildirən Ruyan Soydan akademik Rafael Hüseynovun Hüseyn Cavid yaradıcılığına münasibətini bildikdən sonra söhbətin axarı “Vaxtdan uca”, “Əbədi Cavid”, “Cavidlər” əsərlərinə yön alıb. Nizami muzeyini Ruyan Soydanın dili ilə desək, “böyük bir ibrətlə, heyranlıqla, hətta bir az qısqanclıqla” gəzən, buranın “Türk dünyasının bütün ədəbiyyatlarına ev sahibliyi edən bir muzeyə çevrilməsini” diləyən ziyarətçi akademik Rafael Hüseynova təşəkkürünü bildirib.
Qonaqlar Azərbaycan ədəbiyyatının nadir nümunələri, zəngin ekspozisiyası ilə muzeyin Doktorantura və elmi inkişaf şöbəsinin böyük elmi işçisi filologiya üzrə fəlsəfə doktoru Sevinc Heydərovanın təqdimatında tanış oldular.
Sonda akademik Rafael Hüseynov Hüseyn Cavidin həyat və yaradıcılığından bəhs edən “Əbədi Cavid” kitabını öz imzası ilə və “Şirvan şairləri”, “Söz məbədi” bukletinin nəşrlərini qonaqlara hədiyyə edib.
Tehsil-press.az