BSU-da “Heydər Əliyev İli” çərçivəsində yekun silsilə tədbirlər keçirilib

BSU-da “Heydər Əliyev İli” çərçivəsində yekun silsilə tədbirlər keçirilib Bakı Slavyan Universitetində (BSU) “Heydər Əliyev İli" çərçivəsində yekun silsilə tədbirlər keçirilib.
Tədbirdə çıxış edən rektor Anar Nağıyev Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olan 2023-cü ilin ölkəmiz üçün uğurlu və şanlı bir il olduğunu vurğulayıb. O, 2023-cü ilin Azərbaycanın dövlət suverenliyinin tam bərpa olunması ilə tarixin yaddaşına yazıldığı üçün gözəl bir il olduğunu deyib. Rektor Ümummilli Lider Heydər Əliyev irsinin öyrənilməsinin vacibliyini vurğulayaraq "Heydər Əliyev İli" çərçivəsində yekun silsilə tədbirlərin əhəmiyyətindən söz açıb.
BSU-nun Jurnalistika kafedrasının professoru Etibar Babayev Ulu Öndər Heydər Əliyevin şəxsi fotoqrafı Rafiq Bağırovun Ulu Öndərin fotolarından ibarət sərgisində Ümummilli Liderin mədəniyyətə, incəsənətə xüsusi diqqətinin nəfəsi duyulduğunu qeyd edib.
Rafiq Bağırov 1993-cü ildən başlayaraq Ulu Öndər Heydər Əliyevlə işlədiyini qeyd edərək onunla bağlı xatirələrini bölüşüb. Tanınmış fotoqraf Ulu Öndərin hər bir şəklinin tarix olduğunu deyib.
Sərgidə Ulu Öndər Heydər Əliyevin rəsmi fotoları ilə yanaşı, qeyri-rəsmi fotoları da yer alıb.
Sonra "Azərbaycanşünaslığın aktual məsələləri (tədqiqat, elmi diskurs və beynəlmiləlləşmə)” mövzusunda keçirilən XIV beynəlxalq konfransın nəticələrindən ibarət konfrans materiallarının toplusu və BSU-nun Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş "Azərbaycanda rus dili və ədəbiyyatı" jurnalının xüsusi buraxılışı təqdim edilib. Pedaqogika və Psixologiya kafedrasının müdiri Piralı Əliyev qeyd edib ki, toplunun hər iki cildində ümumilikdə 14 bölmə üzrə 519 məqalə verilib. Topluda dünyanın müxtəlif nüfuzlu elm və təhsil müəssisələrinin tanınmış alimləri, o cümlədən gənc tədqiqatçılar, həmçinin respublikanın müxtəlif ali təhsil ocaqlarının və elmi-tədqiqat institutlarının nümayəndələrinin məqalələri yer alıb. O, bu toplunun Ulu Öndər Heydər Əliyev ideyalarının elmi müstəvidə araşdırılaraq əbədiləşdirilməsi baxımından əhəmiyyətli olduğunu bildirib.
Daha sonra professor Etibar Babayevin “Türk dünyasının fəxri” filmi nümayiş etdirilib.
E.Babayevin Seyfullah Türksoyla birgə qələmə aldığı “Xatirələr işığında Heydər Əliyev” kitabı tədbir iştirakçılarına təqdim olunub.

Tehsil-press.az




Oxşar xəbərlər