ADPU-da Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunan tədbir keçirilib

ADPU-da Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunan tədbir keçirilib Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “Ümummilli Lider Heydər Əliyev – 100” mövzusunda tədbir keçirilib.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Magistratura və doktorantura şöbəsinin müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Rəşad Sadıqov 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar Azərbaycanda və dünyanın bir sıra ölkələrində müxtəlif tədbirlərin, forumların, konfransların, mədəni-kütləvi tədbirlərin keçirildiyini bildirib. Qeyd edib ki, 2023-cü ildə Şuşa şəhərinin Türk dünyasının mədəniyyət paytaxtı elan edilməsi Azərbaycan xalqının zəngin mədəniyyətinin, qəhrəmanlıq tarixinin ölkə hüdudlarından kənara çıxmasına, daha geniş təbliğ olunmasına imkan verib.
Tədbirdə “Heydər Əliyevin həyatının ilk illəri”, “Bir dahi doğulub gəlir dünyaya”, “Heydər Əliyevin siyasi fəaliyyəti”, “Heydər Əliyev və təhsil”, “Heydər Əliyev və neft strategiyası”, “Heydər Əliyevin hərbi kadrların hazırlanmasında rolu”, “Heydər Əliyev və gənclərin respublikadan kənarda təhsili”, “Heydər Əliyev siyasətinin uğurlu davamı” və s. mövzularda çıxışlar dinlənilib.
Sonra tədbirin təşkilatçısı filologiya üzrə fəlsəfə doktoru, dosent Qəribə Məmmədova çıxış edib. O, Ulu Öndər Heydər Əliyevin şəxsiyyəti, dahiliyi haqqında fikirlərini səsləndirib, tələbəlik xatirələrini bölüşüb. Qəribə Məmmədova 2023-cü ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin bütün ərazilərində suverenliyimizin tam bərqərar olmasının, Şuşada keçirilən silsilə tədbirlərin qürürverici hadisə olduğunu vurğulayıb.
Sonda tədbir iştirakçıları kollektiv halda “Xalq Heydər söyləyəcək” mahnısını səsləndiriblər.

Tehsil-press.az




Oxşar xəbərlər