Bakı Slavyan Universitetində (BSU) Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş “Azərbaycanşünaslığın aktual məsələləri (tədqiqat, elmi diskurs və beynəlmiləlləşmə) adlı ikigünlük beynəlxalq elmi konfrans başa çatıb.
Yekun iclasda rektor Anar Nağıyev beynəlxalq elmi konfransın bölmələrinin işinin aktiv şəkildə keçdiyini bildirib. Rektor konfransın hazırlıq mərhələsinin 5 aydan çox müddəti əhatə etdiyini, Təşkilat komitəsində BSU əməkdaşları ilə yanaşı, respublikanın müxtəlif ali təhsil ocaqları və elmi-tədqiqat müəssisələrinin nümayəndələrinin, eləcə də xarici ölkələrin elm və təhsil müəssisələrindən qonaqların iştirak etdiyini diqqətə çatdırıb. O, elmi konfransa təqdim edilən tezislərin 10 faizinin xarici ölkə alimlərinə məxsus olduğunu deyib. Qeyd edib ki, konfrans materiallarından 100 tezis toplu şəklində çap edilib elmi ictimaiyyətə təqdim olunacaq.
Regional təhsil idarələrinin də konfransa cəlb olunduğunu deyən A.Nağıyev konfransın ilboyu və daha geniş formatda davam edəcəyini, konfrans çərçivəsində Lənkəran şəhərində bir regional bölmənin, həmçinin bir beynəlxalq bölmənin Türkiyə və ya Gürcüstanda keçirilməsinin planlaşdırıldığını nəzərə çatdırıb.
Bildirilib ki, beynəlxalq elmi konfransda müxtəlif bölmələrdə mənalı ömrünü bütün varlığı ilə xalqına həsr edən Ümummilli Lider Heydər Əliyevin zəngin siyasi irsi, şərəfli həyat yoluna nəzər salınıb. "Heydər Əliyev şəxsiyyətinin fenomenologiyası", "Heydər Əliyev və Azərbaycan təhsilinin inkişafı", "Heydər Əliyev və Azərbaycan elmi", "Heydər Əliyevin tolerantlıq və multikulturalizm siyasəti", "Heydər Əliyev və Azərbaycan mədəniyyəti", "Heydər Əliyev - Azərbaycan dilçiliyi və ədəbiyyatı", "Azərbaycanşünaslıq elm sahələri prizmasında", "Tədqiqatın beynəlmiləlləşməsi məsələsi", "Qarabağ Azərbaycandır!" adlı bölmələrdə iki gün ərzində konfransa təqdim olunmuş tezislərin mövzuları ətrafında geniş elmi müzakirələr və fikir mübadiləsi aparılıb.
Yekun iclasda Pedaqogika və psixologiya kafedrasının müdiri professor Piralı Əliyev konfransın nəticələri barədə hesabatla çıxış edib. O, bölmələrdə qızğın müzakirələrin keçdiyini bildirib və beynəlxalq konfransın işini yüksək dəyərləndirib.
Tədris işləri üzrə prorektor Ənvər Abbasov, bölmə rəhbərləri - Müasir rus dili kafedrasının müdiri professor İlyas Həmidov, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin əməkdaşı Rüstəm Kamal çıxış edərək konfransda müxtəlif istiqamətlərdə geniş və maraqlı müzakirələrin aparıldığını vurğulayıblar.
Qeyd edək ki, Azərbaycandan və xarici ölkələrdən ümumilikdə 500 nəfərin iştirak etdiyi beynəlxalq konfransa Bolqarıstan, Türkiyə, Gürcüstan, Şimali Makedoniya, Rusiya, Özbəkistan, Nigeriya, Əfqanıstan, Qazaxıstan da daxil olmaqla 20-dən çox xarici qonaq qatılıb.
Dünyanın müxtəlif nüfuzlu elm və təhsil müəssisələrinin tanınmış alimləri, o cümlədən gənc tədqiqatçılar, həmçinin respublikanın müxtəlif ali təhsil ocaqları və elmi müəssisələrin nümayəndələrinin iştirak etdiyi beynəlxalq elmi konfransda 14 bölmədə 552 məruzə dinlənilib.
Tehsil-press.az