AMEA Gəncə Bölməsinin şöbə müdiri “Coursera”nın sertifikatları ilə təltif olunub

AMEA Gəncə Bölməsinin şöbə müdiri “Coursera”nın sertifikatları ilə təltif olunub AMEA Gəncə Bölməsinin İnformasiya texnologiyaları şöbəsinin müdiri Fərhad Mirzəyev AMEA-nın Rəyasət Heyəti aparatının “Elektron Akademiya” şöbəsinin təşəbbüsü ilə “4Sİ Akademiyası” layihəsi çərçivəsində keçirilən təlimlərdə iştirak edib.
“4Sİ Akademiyası” layihəsi İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin, Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsilin İnkişafı Fondunun Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin ABŞ-ın “Coursera” şirkəti ilə birgə əməkdaşlığı çərçivəsində həyata keçirilir. Layihənin məqsədi müxtəlif ölkələrdə dördüncü sənaye inqilabı texnologiyaları sahəsində bilik və bacarıqların inkişaf etdirilməsi və əmək bazarında bu sahə üzrə ixtisaslı kadrların hazırlanmasına dəstək olmaqdır.
F.Mirzəyev müxtəlif şirkət və universitetlərin kurslarını müvəffəqiyyətlə başa vurduğuna görə “Coursera” platforması tərəfindən ümumilikdə 47 sertifikatla təltif olunub.
“Coursera” 100 milyondan çox insanın təhsil aldığı, 7000-dən çox kursun tədris olunduğu onlayn təhsil platformasıdır. Proqram çərçivəsində tədris dili ingilis dilində olmaqla 4Sİ texnologiyaları, o cümlədən süni intellekt, maşın öyrənməsi, böyük verilənlər (Big Data), data analitika, blokçeyn və bulud texnologiyaları, proqramlaşdırma dilləri, eləcə də liderlik, kommunikasiya kimi bacarıqlar da daxil olmaqla ümumilikdə 89 ixtisaslaşdırılmış alt kateqoriyanı əhatə edən 800-ə yaxın kursdan yararlanmaq mümkündür.
Xatırladaq ki, Fərhad Mirzəyev 2014-2018-ci illərdə Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunun dəstəyi ilə Qərb bölgəsində fəaliyyət göstərən elmi tədqiqatçılar üçün AMEA-nın Gəncə Bölməsində təşkil olunmuş Distant Tədris Mərkəzinin rəhbəri olub.

Tehsil-press.az




Oxşar xəbərlər