Milli Qəhrəman Yuri Kovalyov adına 229 nömrəli tam orta məktəb və Firudin bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının təşkilatçılığı ilə Azərbaycan və Türkiyə şəhid ailələri nümayəndələrinin iştirakı ilə “Azadlığın zirvə günü” adlı tədbir keçirilib.
Tədbir Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsi olan 20 Yanvar faciəsinin 34-cü ildönümünə həsr olunub.
Əvvəlcə qonaqlar məktəbdə fəaliyyət göstərən dərnək üzvlərinin əl işlərindən ibarət sərgiyə baxış keçirib, məktəbin həyətində Milli Qəhrəman Yuri Kovalyov və şəhidlərin abidəsi önünə tər çiçəklər düzüblər. Tədbir Azərbaycan və Türkiyənin azadlığı uğrunda canlarından keçmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, Azərbaycan Respublikasının və Türkiyə Cümhuriyyətinin Dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.
Məktəbin direktoru Vüsalə Məmmədova və kitabxananın direktoru Şəhla Qənbərova 20 Yanvar hadisələrinə həsr olunan tədbirlərin gənclərin milli ruhda tərbiyə olunmasına, onlara vətənpərvərlik hissinin aşılanmasına xidmət etdiyini bildiriblər.
Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini, Agentliyin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Mehriban Vəliyeva 34 il əvvəl Azərbaycanın azadlığı, suverenliyi arzusu ilə ayağa qalxmış dinc insanlara qarşı törədilən cinayətlərdən danışıb, 20 Yanvar hadisələrini tariximizin qəhrəmanlıq səhifəsi, mili birlik və vətənpərvərlik rəmzi kimi qiymətləndirib.
20 Yanvar hadisələrinə ilk dəfə hüquqi-siyasi qiymətin böyük dövlət xadimi Heydər Əliyev tərəfindən verildiyini diqqətə çatdıran Mehriban Vəliyeva xalqımızın şəhidlərin adını daim uca tutmasından, onların ailələrinin sosial müdafiəsinə xüsusi diqqət göstərilməsindən bəhs edib. Azərbaycan və Türkiyə arasındakı dostluq və qardaşlıq əlaqələrinə toxunan M.Vəliyeva hər iki ölkə arasındakı münasibətlərin tarixi köklərə dayandığını söyləyib və Vətən müharibəsinin ilk dəqiqələrindən Türkiyənin Azərbaycana siyasi və mənəvi dəstəyini xatırladıb. Ən uca məqama-şəhidlik zirvəsinə yüksələn Vətən oğullarının döyüş yolunun, göstərdikləri şücaətin hər bir gəncə örnək olduğunu deyən M.Vəliyeva Azərbaycan və Türkiyə torpaqlarının bütövlüyü uğrunda canını qurban verən qəhrəmanların heç zaman unudulmayacağını, xatirələrinin daim qəlblərdə yaşayacağını bildirib.
Milli Məclisin deputatı Könül Nurullayeva, Müdafiə Nazirliyinin şöbə müdiri Zümrüd Səmədova, Türk Ağsaqqallar Birliyinin sədr müavini Eyvaz Hümbətov 20 Yanvar hadisələrinin xalqımızın Zəfər yolunun başlanğıcı kimi mühüm tarixi və rəmzi mənaya malik olduğunu vurğulayıblar. Çıxış edənlər Azərbaycan və Türkiyədə şəhid ailələrinin hərtərəfli qayğı ilə əhatə olunduqlarını, şəhid əmanətlərinin hər zaman dəyərli olduğunu ifadə ediblər.
Tədbirdə şəhid general-mayor Polad Həşimovun həyat yoldaşı, BŞTİ-nin əməkdaşı Ofelya Salmanova və Türkiyə şəhid ailələri nümayəndə heyətinin rəhbəri qazi Metin Şenol çıxış edərək şəhidlərin Vətən sevgisindən, döyüşlərdə göstərdikləri şücaətlərdən danışıb, onlarla qürur duyduqlarını söyləyiblər.
Tədbir şagirdlərin ifasında ədəbi-bədii kompozisiyalarla davam edib.
Tehsil-press.az