AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun elmi-kütləvi nəşri olan “Azərbaycan şərqşünaslığı” jurnalının növbəti nömrəsi işıq üzü görüb.
Jurnalın bu sayı görkəmli oftalmoloq akademik Zərifə Əliyevanın və Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr olunub.
Jurnalda “Zərifə Əliyeva-100” bölməsində AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən, Şərqşünaslıq İnstitutunun direktoru akademik Gövhər Baxşəliyevanın “Görkəmli oftalmoloq-alim akademik Zərifə xanım Əliyevanın 100 illiyinə ithafən” məqaləsi, Şərqşünaslıq İnstitutunda akademik Zərifə Əliyevanın anadan olmasının 100 illiyinə həsr edilmiş beynəlxalq elmi konfrans, “Zərifliyə ithafən” adlı sərgi, eləcə də qeyd edilən konfransın çap edilmiş tezislər kitabı barədə məlumat təqdim edilib.
“Türkiyə Cümhuriyyəti-100” bölməsində “Əbədi sarsılmaz dostluq və qardaşlıq”, “Türkiyə Ədalət və İnkişaf Partiyasının hakimiyyəti dövründə”, “Cümhuriyyətin 100-cü ilində Milli qurtuluş savaşına baxış”, “Atatürk, Cümhuriyyət, elm və texnologiya”, “Cümhuriyyətin ilk illərində Türk-Azərbaycan ədəbi və elmi əlaqələri”, “AMEA-nın Şərqşünaslıq İnstitutunda Türkiyənin Cümhuriyyət dövrü ilə bağlı aparılan tədqiqatlara dair” kimi məqalələr, eləcə də Türkiyə Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar institutda keçirilən beynəlxalq konfrans, tədbir və görüşlər barədə xəbərlər yer alır.
Jurnalda, həmçinin müxtəlif elmi bölmələrdə “Türkiyə cəmiyyətinin modernləşməsi və avropalaşması prosesinə tarixi baxış”, “Həsən Məcidzadə Savalanın “Apardı sellər Saranı” poeması ilə Xəlil Rza Ulutürkün eyniadlı poeması arasındakı eyniliklər və fərqliliklər”, “Türk və qaqauz dillərində “vətən” konsepti”, “Azərbaycan şərqşünaslığında gender probleminə dair araşdırmalar” kimi məqalələr oxucuların diqqətinə çatdırılır. Eləcə də jurnalda Türkiyədə elmi ezamiyyətdə olmuş institutun Din və ictimai fikir şöbəsinin müdiri fəlsəfə üzrə fəlsəfə doktoru Elnur Mustafayevin “İstanbul xatirələrim” yazısı, institutda çap olunmuş kitablar, keçirilən konfrans, tədbir və görüşlər barədə xəbərlərlə tanış olmaq olar.
Tehsil-press.az