Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev Gürcüstan Parlamentinin Təhsil, elm və gənclər məsələləri Komitəsinin sədri Givi Mikanadze ilə görüşüb.
Görüşdə iki ölkənin parlamentləri, eləcə də əlaqədar qurumların qarşılıqlı əməkdaşlığının perspektivləri diqqət mərkəzində olub.
G.Mikanadze parlamentlər arasında məhsuldar əməkdaşlığı təqdir edib, təhsil, elm və gənclər məsələləri üzrə qanunvericilik sahəsində də səmərəli əlaqələndirmənin vacibliyini vurğulayıb. O, başçılıq etdiyi Komitənin azərbaycanlı həmkarları ilə tərəfdaşlığın daha da inkişaf etdirilməsi niyyətində olduğunu, parlament təsisatlarının müasir mərhələdəki əhəmiyyətini xüsusi qeyd edib.
Səfir F.Quliyev Azərbaycan ilə Gürcüstan arasında parlamentlərarası əməkdaşlığın müsbət dinamikasından məmnunluğunu ifadə edib. O, 2022-ci və 2023-cü illərdə Prezident İlham Əliyevin Gürcüstana etdiyi işgüzar səfərləri başda olmaqla, Baş nazirlər və hər iki parlamentin spikerləri səviyyəsində rəsmi səfərlər mübadiləsinin əhəmiyyətini vurğulayıb.
Səfir ali və yüksək səviyyədə irəliyə doğru aparılan Azərbaycan – Gürcüstan strateji tərəfdaşlığının bugünkü şəraitdə artan rolundan bəhs edib.
Mövcud Azərbaycan – Gürcüstan – Türkiyə üçtərəfli formatının, eləcə də qurulması arzu edilən Cənubi Qafqaz ölkələrinin üçtərəfli formatının regional sabitlik və inkişafa töhfə verə biləcəyini deyən səfir bölgəmizdə cərəyan edən proseslərdə də danışıb. Azərbaycanın öz beynəlxalq səviyyədə tanınmış sərhədlərinin bərpa etdiyini xatırladaraq, postmünaqişə dövründə Gürcüstan hökumətinin irəli sürdüyü Cənubi Qafqazda dinc qonşuluq təşəbbüsünü yüksək təqdir edib.
Tehsil-press.az