ADNSU-da tələbələr seçki hüququ ilə bağlı maarifləndirilib

ADNSU-da tələbələr seçki hüququ ilə bağlı maarifləndirilib Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilatçılığı və Mərkəzi Seçki Komissiyasının (MSK) dəstəyi ilə seçki hüququ ilə bağlı növbəti maarifləndirici seminar keçirilib.
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının üzvlərlə iş üzrə meneceri Rüfət Rüstəmovun moderatorluğu ilə keçirilən seminarda ADNSU Tələbə Gənclər Təşkilatının sədri Cavanşir Abdullayev, MSK-nın üzvü İlham Məmmədov çıxış ediblər. Bildirilib ki, seminarın keçirilməsində əsas məqsəd seçki sistemi, seçicinin hüquq və vəzifələri barədə gənclərin maarifləndirilməsi, tələbələrin məlumatlılıq səviyyəsinin və seçici fəallığının artırılmasıdır.
Tədbirdə gənclərə hüquqi məsləhətlər verilib, onların sualları cavablandırılıb.

Tehsil-press.az



Oxşar xəbərlər