Müstəqil Dövlətlər Birliyi(MDB) Parlamentlərarası Assambleyanın(PAA) iştirakçısı olan dövlətlərdə demokratiyanın, parlamentarizmin inkişafının və vətəndaşların seçki hüquqlarına riayət olunmasının monitorinqi Beynəlxalq İnstitutunun Bakı filialı Gəncə Dövlət Universitetində(GDU) maarifləndirici tədbir keçirib.
MDB PAA iştirakı olan dövlətlərdə demokratiyanın, parlamentarizmin inkişafının və vətəndaşların seçki hüquqlarına riayət olunmasının monitorinqi Beynəlxalq İnstitutunun Bakı filialının “Aktiv seçki hüququna malik gənclərin maarifləndirilməsi” mözusunda keçirdiyi seminarda filialın əməkdaşları, direktor müavini Teymur Muradov, müşavir Gültəkin Əsgərova, məsləhətçi Rəmzi Yusifov, eləcə də universitetin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva və tələbələr iştirak ediblər.
Humanitar məsələlər üzrə prorektor Gülsüm Fətəliyeva qonaqları və tədbir iştirakçılarını salamlayaraq bildirib ki, Azərbaycan gəncliyi ictimai həyatın bütün sahələrində aktiv fəaliyyəti ilə seçilir, cəmiyyətin sosial, humanitar, iqtisadi və siyasi həyatında mühüm rol oynayır. Bu gün gənclərimiz üçün yaradılan geniş imkanlar sayəsində, gənclər cəmiyyətin hərəkətverici qüvvəsinə çevrilib.
Seminarda çıxış edən MDB PAA iştirakçısı olan dövlətlərdə demokratiyanın, parlamentarizmin inkişafının və vətəndaşların seçki hüquqlarına riayət olunmasının monitorinqi Beynəlxalq İnstitutunun Bakı filialının əməkdaşları bildiriblər ki, vətəndaşların seçki hüquqlarına riayət olunması sahəsində informasiya mübadiləsi, qabaqcıl təcrübənin ümumiləşdirilməsi və səmərəli inkişafına şərait yaradılması, eləcə də ilk dəfə səs verən gənclərin, həmçinin artıq seçki hüququna malik gənclərin maariflənməsi üçün belə tədbirlərin keçirilməsi vacibdir.
İlk dəfə səsvermə hüququ qazanmış gənclərə seçicinin hüquq və vəzifələri haqqında ətraflı məlumat verilərək bildirilib ki, bugünkü müasir dövrün tələbləri gənclər qarşısında daha böyük imkanlar, daha böyük şərait yaradır ki, gənclər Azərbaycan adına istənilən platformada təmsil oluna bilsinlər. İstər yerli, istərsə də beynəlxalq aləmdə bu gün gənclərin uğurları hər gün daha da artır.
Tədbirin sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb.

Mətbuat Xidməti