“44 günlük dastan” layihəsi çərçivəsində Mədəniyyət və İncəsənət Universitetində tələbələrlə görüş təşkil olunub

“44 günlük dastan” layihəsi çərçivəsində Mədəniyyət və İncəsənət Universitetində tələbələrlə görüş təşkil olunub Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, ATGTİ və Böyük Qayıdış Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə keçirilən layihə çərçivəsində həyata keçirilən “44 günlük dastan” layihəsi çərçivəsində tələbələrlə növbəti görüş Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) keçirilib.
Tədbirdə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) əməkdaşı, “Enactus Azərbaycan” proqramının ölkə üzrə rəhbəri Rəşad Zeynalov, Böyük Qayıdış Gənclər Təşkilatının idarə heyətinin üzvü, Aprel döyüşləri qazisi Əhliyət Mehdiyev və ADMİU Tələbə Gənclər Təşkilatının sədri Əlirza Əlizadə çıxış ediblər.
Tələbələr və gənclər arasında qəhrəman qazi və döyüşçülərimizin tanıdılması məqsədilə həyata keçirilən görüşdə ölkəmizin bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş qəhrəman əsgər və zabitlərimizin xatirəsi hörmət və ehtiramla anılıb.
ADMİU-nun Beynəlxalq əlaqələr və tərbiyə işləri üzrə prorektoru Gülşən Əliyeva-Kəngərli tədbir iştirakçılarına Vətən müharibəsi və ADMİU-nun müharibədə iştirak edən tələbə, məzun, əməkdaşları haqqında məlumat verib.
Tədbirin qonağı olan Vətən müharibəsi qaziləri Şəhriyar İbrahimli, Ayaz Tağızadə, Vüsal Yusifov və Elnur Abbasov keçdikləri döyüş yolu və Vətən müharibəsi dövründə yaşadıqları hadisələri gənclərlə bölüşüb, tələbələrin suallarını cavablandırıblar.
Görüşün sonunda ADMİU tələbələrinin lentə aldıqları “Öncə Vətən” filmi nümayiş olunub.
Sonda və ADMİU Tələbə Gənclər Təşkilatının sədri Əlirza Əlizadə qazi və döyüşçülərə təşəkkürünü bildirərək, bu cür tədbirlərin, görüşlərin davam edəcəyini vurğulayıb.

Tehsil-press.az

Oxşar xəbərlər