ABŞ sülh sazişində iştiraka maraqlı olduğunu bildirdi

ABŞ sülh sazişində iştiraka maraqlı olduğunu bildirdi ABŞ Azərbaycan və Ermənistanla sülh sazişinin imzalanması prosesində işləməkdə maraqlıdır.
Bu sözləri ABŞ Dövlət Departamentinin mətbuat katibinin birinci müavini Vedant Patel keçirdiyi brifinqdə deyib:
“Prosesdə iştirak edən tərəflərlə sıx koordinasiyada nəticəyə çatmaq üçün çalışacağıq”.
O, Azərbaycan və Ermənistan XİN başçılarının Vaşinqtonda mümkün görüşləri barədə suala isə, bununla bağlı məlumatı olmadığını deyib.

Tehsil-press.az



Oxşar xəbərlər