Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Çinə səfəri başlayıb

Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Çinə səfəri başlayıb Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin Çin Xalq Respublikasına (ÇXR) dövlət səfəri başlayıb.
ÇXR Sədri Si Cinpinin dəvəti ilə baş tutan üçgünlük səfər zamanı Prezident Şavkat Mirziyoyev Çinin rəhbər şəxsləri ilə iki ölkə arasında münasibətlərin genişlənidirilməsinə dair müzakirələr aparacaq, ikitərəfli sənədlər imzalanacaq. Özbəkistan liderinin Çinin işgüzar dairələrinin nümayəndələri ilə də görüşü nəzərdə tutulub.
Qeyd edək ki, Özbəkistan ilə Çin arasında sıx siyasi, iqtisadi, mədəni əlaqələr var. İki ölkə BMT, Şanxay Əməkdaşlıq Təşkilatı, “Mərkəzi Asiya-Çin” və digər platformalarda əməkdaşlıq edir. Özbəkistanın ən iri xarici sərmayədarlarından biri olan Çin 2017-2022-ci illərdə Özbəkistan iqtisadiyyatına 11 milyard ABŞ dolları investisiya yatırıb.

Tehsil-press.az


Oxşar xəbərlər