“Sevimli rəssama töhfəmiz” - görkəmli fırça ustasının yaradıcılığına həsr olunmuş tədbir

“Sevimli rəssama töhfəmiz” - görkəmli fırça ustasının yaradıcılığına həsr olunmuş tədbir 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə Azərbaycanın Xalq rəssamı Arif Hüseynovun yaradıcılığına həsr olunmuş “Sevimli rəssama töhfəmiz” adlı tədbir keçirilib.
3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Lalə Qəti Arif Hüseynovun 80 illik yubileyi münasibətilə gənc rəssamların görkəmli fırça ustasının yaradıcılığına – nağıllar mövzusuna həsr olunmuş rəsmlər çəkdiklərini söyləyib. Bildirib ki, uşaqların rəsmləri mərkəz tərəfindən 2024-cü il üçün hazırlanmış stolüstü təqvimlərdə də öz əksini tapıb.
Arif Hüseynov mərkəzin gənc rəssamları ilə görüşdə 40 ildən artıqdır uşaqlarla çalışdığını, bu sərginin onun üçün maraqlı olduğunu söyləyib.
Tədbirdə mərkəzin yetirmələrinin rəsm işlərinin sərgisi nümayiş etdirilib. Uşaqlarla rəssam arasında maraqlı ünsiyyət qurulub, sevimli sənətkara 2024-cü ilin yeni təqvimi hədiyyə olunub.

Tehsil-press.az


Oxşar xəbərlər