Kişineuda həftəsonu Azərbaycan dili məktəbində tədris prosesi ilə tanışlıq

Kişineuda həftəsonu Azərbaycan dili məktəbində tədris prosesi ilə tanışlıq Azərbaycanın Moldovadakı səfiri Ülvi Baxşəliyev Kişineu şəhərində həftəsonu Azərbaycan dili məktəbində mövcud vəziyyətlə tanış olub.
Moldova Azərbaycanlıları Konqresinin (MAK) dəstəyi və təşkilatçılığı ilə açılan həftəsonu Azərbaycan dili məktəbinin əsas məqsədi Moldovada yaşayan azərbaycanlı məktəblilərə ölkəmizin dili, tarixi və ədəbiyyatı barədə xüsusi dərslərin keçirilməsidir.
Əvvəlcə məktəbin müəllimi Səidə Səfərova tədris vəziyyəti və imkanları barədə səfiri məlumatlandırıb.
MAK sədri Elçin Bayramov bildirib ki, Azərbaycan dövlətinin fəaliyyətinin prioritet istiqamətlərindən biri də xarici ölkələrdə yaşayan soydaşlarımızın təhsilinin yüksək səviyyədə təşkilidir. Xüsusilə Azərbaycan dili, tarixi və ədəbiyyatının təbliği olduqca önəmlidir. Təhsil sistemi güclü olmadan bir ölkənin uğur qazanması mümkün deyil.
Səfir Ülvi Baxşəliyev şagirdlərlə səmimi söhbət əsnasında Moldovada doğma Azərbaycanın adət-ənənələrinin və dilinin öyrənilməsinin vacibliyini qeyd edib, onlara təhsillərində uğurlar arzulayıb. Eyni zamanda səfir, şagirdlərin maraq ilə ona ünvanladıqları sualları cavablandırıb. Daha sonra Ülvi Baxşəliyev şagirdlərin valideynləri ilə söhbət edib.
Görüşün sonunda Ü.Baxşəliyev məktəbin şagird və valideyn kollektivini səfirliyə, səfirin özünün bələdçi qismində iştirak edəcəyi ekskursiyaya dəvət edib.

Tehsil-press.az


Oxşar xəbərlər