Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Xarkov şəhərində Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporunun (UABD) nəzdində yaradılan "Xarıbülbül" Azərbaycan dili məktəbinin açılış mərasimi olub.
Təntənəli tədbirdə Ukraynada fəaliyyət göstərən diaspor təşkilatlarının - Xarkovdakı “Dostluq” Azərbaycan–Ukrayna Cəmiyyətinin, Dnepr Azərbaycanlıları Liqasının İdarə Heyətinin üzvləri və yerli dövlət qurumlarının nümayəndələri iştirak ediblər. Qonaqlar məktəblilərə müxtəlif məktəb ləvazimatları, Azərbaycan dilində bədii kitablar və xüsusi olaraq diaspor məktəbləri üçün nəşr olunmuş dərsliklər hədiyyə ediblər.
Mərasimdə UABD-nin sədri Hikmət Cavadov və başqaları çıxış edərək, Azərbaycan dilində məktəbin açılması münasibətilə soydaşlarımızı və onların övladlarını təbrik edib, məktəbə rəhbərlik edən “Aynur – Xatun” təşkilatının sədri Kiyafət Cəfərovaya təşəkkürünü bildirib.
Sentyabr ayından qapılarını şagirdlərin üzünə açacaq məktəbdə Azərbaycan dili və ədəbiyyatı, tarixi və digər fənlər tədris olunacaq. Qeyd edilib ki, ana dili hər bir millətin ən böyük nemətidir və xaricdə yaşayan azərbaycanlıların övladları yerli cəmiyyətə inteqrasiya olunmaqla yanası, öz doğma dilini unutmamalı və onu mükəmməl şəkildə mənimsəməlidirlər.
Tədbir çərçivəsində Xarkovda fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının aparıcı şəxsləri ilə diasporun inkişafına dair müxtəlif aktual məsələlər barədə ətraflı fikir mübadiləsi də aparılıb.
Tehsil-press.az