Bakı Dövlət Universitetində (BDU) görkəmli tarixçi alim, Əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, BDU-nun Tarix fakültəsinin Qədim dünya və orta əsrlər tarixi kafedrasının müdiri, akademik Yaqub Mahmudovun 85 illik yubileyinə həsr olunmuş konfrans keçirilib.
Konfransda çıxış edən BDU-nun rektoru Elçin Babayev bildirib ki, akademik Yaqub Mahmudov Azərbaycan tarixinin tədqiqi, öyrənilməsi və ölkəmizdə yüksəkixtisaslı tarixçi kadrların yetişdirilməsində mühüm xidmətlər göstərib.
Rektor alimin 1981-2004-cü illərdə BDU-nun Tarix fakültəsində müxtəlif vəzifələrdə çalışdığını, 17 il AMEA-nın Tarix İnstitutunun direktoru işlədiyini, Azərbaycan tarixinin müxtəlif dövrlərinin öyrənilməsində xüsusi rolu olduğunu xatırladıb. Qeyd edilib ki, Yaqub Mahmudov tarixşünaslıqda ilk dəfə olaraq XV-XVII əsrlərdə Azərbaycanın Avropa ölkələri ilə geniş diplomatik əlaqələr saxladığını aşkara çıxarıb, bu sahədə elmə mühüm yeniliklər gətirib. O, diplomatiya tarixi, Azərbaycan və ümumdünya tarixinin ayrı-ayrı dövrlərinə aid çoxsaylı monoqrafiya, dərslik, kitab, dərs vəsaiti, elmi-publisistik məqalələrin müəllifidir. 1991-ci ildən BDU-nun Tarix fakültəsinin Qədim dünya və orta əsrlər tarixi kafedrasının müdiri olan Y.Mahmudov ölkənin tanınmış ictimai-siyasi xadimlərindən biridir. O, dörd çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib, hazırda Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvüdür. Görkəmli alimin xidmətləri dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. O, “Şöhrət”, “Şərəf”, 1-ci dərəcəli “Əmək” ordenləri ilə təltif olunub.
Sonra Tarix fakültəsinin dekanı İbrahim Zeynalov akademik Yaqub Mahmudovun elmi fəaliyyəti ilə bağlı məruzə edib. O bildirib ki, Y.Mahmudov Azərbaycan tarixinin tədqiqində bir çox ilklərə imza atıb. O, totalitar sovet rejiminin tüğyan etdiyi bir zamanda milli dövlətçilik tariximizin qaranlıq qalan sahələrinə müraciət etməyə başlayıb. Hələ 1966-cı ildə Ağqoyunlu – Bayandurlar dövlətinin Avropa və Asiya dövlətləri ilə geniş əlaqələrə malik olduğunu sübut edib. BDU-nun Tarix fakültəsinin nəzdində bir sıra yeni ixtisasların açılması, “Azərbaycanın maddi-mədəniyyət tarixi”, “Dünya azərbaycanlıları: tarixi demoqrafiya”, “Tarixi tədqiqatlarda elektron – hesablama maşınları və riyazi üsulların tətbiqi” laboratoriyalarının yaradılması məhz onun adı ilə bağlıdır.
Akademik Yaqub Mahmudovun 1991-1992-ci illərdə “Təhsil haqqında” ilk qanunun hazırlanmasında xidmətləri böyükdür. “Orta əsrlər tarixi” dərsliyinin yaradılması da onun adı ilə bağlıdır. Həmin dövrdə ilk dəfə olaraq bütün türk dövlətlərinin tarixi “Orta əsrlər tarixi” dərsliyində yer alıb. Görkəmli alim erməni saxtakarlığına qarşı tarixi həqiqətlərin aşkarlanması sahəsində xüsusi xidmətlər göstərib.
BDU-nun Tarix fakültəsinin Türk xalqları tarixi kafedrasının müdiri Əsməd Muxtarova, Qafqaz xalqları tarixi kafedrasının müdiri İradə Hüseynova, Arxeologiya və etnoqrafiya kafedrasının müdiri Tarix Dostiyev, Azərbaycan tarixi (təbiət fakültələri üzrə) kafedrasının müdiri Mehman Abdullayev, Azərbaycan tarixi (humanitar fakültələr üzrə) kafedrasının müdiri Azad Rzayev, Qədim dünya və orta əsrlər tarixi kafedrasının professoru Əmrah Dadaşov, baş müəllimi Sevinc Zeynalova çıxışlarında akademik Yaqub Mahmudovun tarix elmimizi dünya miqyasında layiqincə təmsil etdiyini qeyd ediblər.
Çıxışlarda vurğulanıb ki, Yaqub Mahmudov ömrünün yarısından çoxunu Azərbaycan tarixinin araşdırılması və tədrisinə həsr edib. Görkəmli alim hazırda da öz məhsuldar elmi fəaliyyəti ilə tarix elminə əhəmiyyətli töhfələr verir.
Akademik Yaqub Mahmudov elmi fəaliyyətinə verilən dəyərə görə universitet rəhbərliyinə təşəkkürünü bildirib, gənc nəsli tariximizi sevməyə, öyrənməyə və təbliğ etməyə səsləyib.
Tehsil-press.az