Yanvarın 27-si görkəmli tarixçi alim Sara Aşurbəylinin doğum günüdür
Görkəmli alim, tarix elmləri doktoru, professor, Əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, “Şöhrət” ordenli Sara Aşurbəyli ilk və yeganə tarixçidir ki, ömrünü Bakının (İçərişəhər) və Şirvanşahlar dövlətinin tarixinin tədqiqinə həsr edib.
Yanvarın 27-si görkəmli tarixçi və şərqşünas alim Sara Aşurbəylinin anadan olmasının 113 ili tamam olur.
Orta əsrlər Azərbaycan şəhərləri tarixinin ilk araşdırıcılarından olan S.Aşurbəyli Bakıda neft sənayeçisi ailəsində dünyaya göz açıb. Aşurbəylilər nəslinin ən görkəmli təmsilçilərindən biri olan Sara xanım Azərbaycanın və Bakı şəhərinin tarixinin ümummilli səviyyədə tədqiqinə misilsiz töhfələr verib.
O, Bakının tarixini əks etdirən çox qiymətli tədqiqatların - tarix, mədəniyyət və incəsənətə dair dəyərli məqalələrin müəllifidir. Sara xanımı Azərbaycan tarixşünaslığında əbədi yaşadan onun qədim Bakının (İçərişəhərin) tarixinə dair tədqiqatlarıdır. Bu əsərlərdə Bakının yaranma tarixi, orta əsrlər Bakısının siyasi tarixi, mədəniyyəti, sosial mühiti əks olunub. Həmçinin İçərişəhər memarlığının formalaşmasına böyük təsir göstərmiş qüdrətli Şirvanşahlar dövlətinin sosial-siyasi, iqtisadi, mədəni həyatı VI əsrdən XVI əsrədək zəngin mənbələr əsasında araşdırılıb, Şirvanşahlar sülaləsinin tarixi, şəhərlərin iqtisadi vəziyyəti və inkişafı, əhalinin tərkibi, feodal cəmiyyətinin quruluşu kimi məsələlər geniş tədqiq olunub. S.Aşurbəyli Sankt-Peterburqda namizədlik, Tbilisidə isə 1966-cı ildə doktorluq dissertasiyalarını müdafiə edib. Azərbaycan tarixində bu gün də önəmli rol oynayan dəyərli tarixi kitabların, monoqrafiyaların, yüzlərlə məqalənin müəllifi olan S.Aşurbəylinin elmi irsi tarixçi alimlər üçün çox qiymətli mənbədir.
Tarixçi alim orta əsrlər Abşeronunun fundamental araşdırıcısı olaraq dünyada tanınır. O, “Bakının tarixinə dair oçerklər”, “Orta əsrlərdə Azərbaycan və Hindistanın iqtisadi və mədəni əlaqələri”, “Şirvanşahlar dövlətinin tarixi” kitablarının müəllifidir. Bakının (İçərişəhər) tədqiqatçısı, əsl elm fədaisi, Azərbaycan tarix elminin sütunlarından biri olan Sara Aşurbəyli fəaliyyətinin bütün istiqamətlərində hər zaman vətənpərvərlik mövqeyi nümayiş etdirib. O, özünün yüksək intellektini Azərbaycan xalqının rifahı, tarixi, mədəniyyəti naminə tətbiq etməyə çalışıb.
S.Aşurbəyli sonralar Azərbaycan Tarixi Muzeyində orta əsrlər tarixi şöbəsinin müdiri, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Şərqşünaslıq İnstitutunda baş elmi işçi, Tarix İnstitutunda elmi katib, baş elmi işçi və aparıcı elmi işçi vəzifələrində işləyib. 1993-cü ildən ömrünün sonunadək AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi vəzifəsində çalışıb.
Görkəmli alim 2001-ci il iyulun 17-də 95 yaşında vəfat edib.
Tehsil-press.az