BDU-nun daha iki fakültəsinin əməkdaşları üçün tələbəyönlü tədrisin təşkilinə dair təlim keçirilib

BDU-nun daha iki fakültəsinin əməkdaşları üçün tələbəyönlü tədrisin təşkilinə dair təlim keçirilib Bakı Dövlət Universitetinin (BDU) Sosial elmlər və psixologiya, İnformasiya və sənəd menecmenti fakültələrinin əməkdaşları üçün təlim təşkil olunub.
Təlimçi kimi rektorun keyfiyyət təminatı üzrə müşaviri Asiman İlyasov çıxış edib. Fakültələrin akademik, inzibati və tədris köməkçi heyətinin iştirak etdiyi təlimdə tələbəyönlü və kompetensiya əsaslı tədrisin təşkilinə dair geniş məlumat verilib.
Sonra suallar cavablandırılıb.
Qeyd edək ki, təlim silsilə olaraq digər fakültələrdə də keçiriləcək.

Tehsil-press.az


Oxşar xəbərlər