Elm və təhsil naziri Emin Əmrullayev Beyləqana səfəri zamanı hazırda əsaslı təmir işləri aparılan Kəbirli kənd 1 nömrəli tam orta məktəbə baxış keçirib, görülən işlərlə tanış olub.
Bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.
Bildirilib ki, məktəb binası 504 şagird yerlikdir. Təhsil müəssisəsində 24 sinif otağı, kimya, fizika və biologiya laboratoriyaları, 2 informatika kabineti, 2 texnologiya otağı, məktəbəhazırlıq və çağırışaqədərki hazırlıq kabinetləri, kitabxana, 210 yerlik akt zalı, idman zalı və 144 yerlik yeməkxana olacaq. Təhsil müəssisəsinin əsaslı təmiri ilə bağlı hazırda tamamlanma işləri görülür.
Bundan başqa, Emin Əmrullayev sözügedən məktəb üçün yeni inşa edilən 320 şagird yerlik əlavə korpusun tikintisi ilə də maraqlanıb.
Qeyd olunub ki, əlavə korpusda 11 sinif otağı, kimya, fizika və biologiya laboratoriyaları, informatika kabineti, 2 texnologiya otağı, məktəbəhazırlıq və çağırışaqədərki hazırlıq kabinetləri, kitabxana, 192 yerlik akt zalı, idman zalı və 120 yerlik yeməkxana olacaq. Korpusda da hazırda tamamlanma işləri görülür.
Qeyd edək ki, ötən il Beyləqan rayonunda 8 ümumi, 1 peşə və 4 məktəbəqədər təhsil müəssisəsində dövlət büdcəsi hesabına cari təmir işləri aparılıb.
Tehsil-press.az