Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Ordumuzun Vətən müharibəsindəki Qələbəsi Azərbaycan tarixində yeni bir səhifənin başlanğıcı oldu. Biz işğaldan azad edilmiş torpaqlara qayıdırıq. Artıq bu ərazilərdə yeni həyat başlayıb. “Böyük Qayıdış”a dair I Dövlət Proqramının icrası uğurla yerinə yetirilir.
Bu fikirləri Qarabağ Regional Təhsil İdarəsinin müdir müavini, müdir səlahiyyətlərini icra edən Anar Məcidov söyləyib. O bildirib ki, işğaldan azad olunmuş ərazilərdə 2021-2022-ci tədris ilindən etibarən Elm və Təhsil Nazirliyi tərəfindən təhsil müəssisələrinin tikintisi, bərpası və əsaslı təmirinə başlanılıb: “Noyabrın 7-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşa şəhəri 1 nömrəli tam orta məktəbin açılışında iştirak etdilər. 960 şagird yerlik üçmərtəbəli bina beş blokdan ibarətdir. Burada hər biri 24 nəfərlik 40 sinif otağı, 2 fizika, 2 kimya, 2 biologiya, 2 texnologiya, 2 informatika otağı, STEAM mərkəzi, kitabxana, oxu zalı, gənclərin ibtidai hərbi hazırlığı, rəssamlıq və musiqi kabinetləri, yeməkxana, akt və idman zalları, tibb, müayinə və inzibati heyət üçün iş otaqları var. Məktəb üçün ayrılan ərazidə futbol meydançası və digər zəruri yardımçı binaların inşası yekunlaşıb.
Həmçinin Tərtər rayonunun Talış kəndində müasir tələblərə cavab verən 78 şagird yerlik ümumtəhsil məktəbi, 11 yerlik məktəbəqədər təhsil müəssisəsi inşa edilərək istifadəyə verilib.
Füzuli şəhərində 960 şagird yerlik ümumtəhsil məktəbinin tikintisinə 2022-ci ilin sentyabr ayında başlanılıb. Məktəbin tikinti işləri Özbəkistan Hökumətinin dəstəyi ilə həyata keçirilib, 2023-cü il avqustun 23-də Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev, xanımı Ziroatxon Mirziyoyeva Füzulidə inşa olunmuş Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin açılış mərasimində iştirak ediblər”.
Anar Məcidov hazırda Şuşa Real Məktəbinin layihələndirilməsi və bərpası ilə bağlı layihə-smeta sənədlərinin hazırlandığını və tarixi binanın qorunması işlərinin tamamlandığını vurğulayıb. Qeyd edib ki, cari ildə tikinti-bərpa işlərinə başlanılması planlaşdırılır.
“Füzuli şəhərində layihələndirilməsi və tikintisi nəzərdə tutulmuş Füzuli Peşə Liseyinin 2022-ci il mayın 10-da Prezident İlham Əliyev tərəfindən təməli qoyulub. Bu təhsil ocağında da tikinti işlərinə cari ildə başlanılması planlaşdırılır.
Həmçinin Ağdam şəhər 2 nömrəli 960 şagird yerlik tam orta məktəb binasının tikintisinin layihələndirilməsinə başlanılıb.
İşğaldan azad olunmuş torpaqlarımızda təhsil mühiti canlanıb, tədris ilinin ilk zənginin, “Son zəngi”nin, hər gün isə dərs zənginin sədaları gəlir”, - deyə Anar Məcidov fikrini yekunlaşdırıb.
Tehsil-press.az