Bakı Dövlət Universitetində (BDU) Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin nəzdində SABAH Mərkəzinin təşkilatçılığı ilə Filologiya fakültəsinin tələbələri üçün Türkiyənin Fırat Universitetinin Humanitar və ictimai elmlər fakültəsinin Türk dili və ədəbiyyatı kafedrasının Yeni türk dili bölümünün professorları Əhməd Buran və Fateh Özəkin “Türk dünyasında ortaq ünsiyyət dili” mövzusunda ustad dərsi keçirilib.
BDU-nun SABAH Mərkəzinin rəhbəri, dosent İradə Süleymanova ustad dərsinin mövzusunun aktuallığından, belə tədbirlərin davamlı şəkildə keçirilməsinin tələbələr üçün əhəmiyyətindən söz açıb. Bildirib ki, Türkiyənin Yüksək Öyrətim Qurumunun dəstəyi ilə icra olunan “Müasir türk yazı dillərinin qarşılıqlı anlaşma səviyyəsi” adlı layihə Azərbaycan, türk, qazax, qırğız, özbək və türkmən dilləri arasındakı anlaşma səviyyəsinin ölçülməsi məqsədi daşıyır. Bununla əlaqədar qonaqlar Azərbaycan Dövlət Pedaqoji Universitetinin SABAH Mərkəzinin dəstəyi ilə tələbər arasında test imtahanı keçirib və proses uğurla yekunlaşıb.
“Türk dünyasında ortaq ünsiyyət dili” adlı məruzə ilə çıxış edən professor Əhməd Buran türk xalqlarının qədim kökləri, dövlətçilik ənənələri və dilləri ilə bağlı türkoloji tədqiqatlarda rast gəlinən müxtəlif elmi fikirlər, konseptual yanaşmalar haqqında məlumat verib. Türk dünyasında ortaq dil məsələsinə diqqət çəkən alim türk dillərinin diferensiasiyası prosesi ilə bağlı elmi-nəzəri fikirlərdən və türk dili anlayışının tarixindən danışıb, həmçinin türk, ümumtürk ədəbi dili və ortaq ünsiyyət dili anlayışlarının izahını verib, müasir dövrdə ortaq ünsiyyət dili ətrafında gedən müzakirələrdən və bu sahədə daha çox müdafiə olunan görüşlərdən bəhs edib.
“Qarşılıqlı anlaşmanın metod və üsulları” adlı məruzə ilə çıxış edən professor Fateh Özək simmetrik və asimmetrik anlaşmanın xüsusiyyətləri haqqında danışıb, türk dillərinin müasir dövrdə anlaşma səviyyəsinin ölçülməsi və bununla əlaqədar icra olunan beynəlxalq layihənin davamlı olmasının vacibliyini qeyd edib.
Daha sonra müəllim və tələbələrin mövzu ətrafında fikirləri və sualları səsləndirilib.
Ustad dərsi müzakirələrlə davam edib.
Tehsil-press.az