BDU tələbələri Fizika İnstitutunda istehsalat təcrübəsində

BDU tələbələri Fizika İnstitutunda istehsalat təcrübəsində Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin lV kurs tələbələri Elm və Təhsil Nazirliyinin Həsən Abdullayev adına Fizika İnstitutunda istehsalat təcrübəsi keçirlər. İstehsalat təcrübəsinin əvvəlində tələbələrə institutun fəaliyyəti, buradakı laboratoriyalar və aparılan elmi-tədqiqat işləri barədə məlumat verilib. Tələbələr nanoquruluşlar, aşqarlar haqqında məlumatlar əldə edib, institutun laboratoriyalarında eksperimentlər aparıblar. Onlara “Perki Elmer LS-55 Luminessent” spektrometri, sintez peçi, multimetr avadanlıqlarının iş prinsipləri izah olunub. Tələbələr təcrübə müddətində CaS, Ga2S3 kimi müxtəlif metodlarla sintez oluna bilən birləşmələrin alınma texnologiyaları ilə də tanış olublar.

Tehsil-press.az

Oxşar xəbərlər