Vaşinqton: Bu məlumatları Moskvaya ötürəcəyik

Vaşinqton: Bu məlumatları Moskvaya ötürəcəyik ABŞ Rusiya ərazisində mümkün terror aktı ilə bağlı kəşfiyyat məlumatları alacağı təqdirdə yenidən Rusiyaya ötürəcək.

Bunu ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller deyib.

"Gələcəkdə bu hücumla ("Krokus Siti Holl" terrorçuları - red.) bağlı əldə etdiyimiz kəşfiyyat məlumatı olarsa, əlbəttə ki, bunu Rusiya hökumətinə təqdim edəcəyik, çünki biz terror hücumlarının uğurlu olmasını istəmirik. Biz rus xalqının əziyyət çəkməsini istəmirik", - o bildirib.

O qeyd edib ki, Vaşinqton martın əvvəlində Rusiya paytaxtında gözlənilən terror aktı ilə bağlı məlumatları Moskvaya ötürüb.

Miller həmçinin iddia edib ki, Kiyevin bu teraktla heç bir əlaqəsi yoxdur.

Tehsil-press.az

Oxşar xəbərlər