Martın 30-da məktəbəqədər təhsil müəssisələrinə müdir vəzifəsinə işə qəbulun test imtahanı mərhələsi keçirilib.
Maraqlıdır, bağça müdiri olmaq istəyən namizədlərin təhsili məhz hansı ixtisas üzrə olmalıdır?
Məsələ ilə bağlı AzEdu.az-a danışan məktəbəqədər təhsil üzrə mütəxəssis Xalidə Musayeva bildirib ki, məktəbəqədər təhsil müəssisələrini idarə edənlərin məhz bu sahə üzrə təhsili olmalıdır:
“Əgər belə bir tələb olmasaydı universitetlər heç bir peşə sahəsini ixtisaslara bölməzdilər. İbtidai sinif müəllimi bağçada işləyə bilərsə, onda ibtidai təhsil fakültəsi ilə məktəbəqədər təhsil fakültəsi niyə ayrıdır? Elə ümumi fakültə olardı. Təhsil siyasəti də bunu göstərir ki, qeyri-ixtisasçılar yalnız ehtiyac olduğu anda bağça müdiri ola bilər. Məsələn, ucqar bir rayondur və orada məktəbəqədər təhsil üzrə ali pedaqoji təhsili olan biri yoxdur. Bu zaman əlavə variant olmadığı üçün qeyri-ixtisasçı da olsa bağça müdiri kimi fəaliyyət göstərmək məcburiyyətində olur.
Ancaq ilk növbədə bu sahə üzrə təhsil alanlar və bağçada ən azı 3-5 il fəaliyyət göstərmiş şəxslər müdir vəzifəsinə təyin olunması vacibdir. Hər zaman qeyd etdiyim kimi, bağçalarda olan iş mühiti məktəblərdən çox fərqlənir. Əlbəttə ki, qeyri-ixtisasçı müdirlərimiz var. Amma onlar işə başlayanda çox əziyyət çəkiblər. Hazırda yeni işə götürülən bağça müdirlərinin arasında məktəbəqədər təhsil üzrə ixtisası bitirənlərə üstünlük verilməlidir”.
Tehsil-press.az