Mərkəzi Aran, Abşeron-Xızıda peşə təhsili ilə bağlı tələblə təklif arasında böyük boşluq var

Mərkəzi Aran, Abşeron-Xızıda peşə təhsili ilə bağlı tələblə təklif arasında böyük boşluq var Mərkəzi Aran, Abşeron-Xızıda peşə təhsili ilə bağlı tələblə təklif arasında böyük boşluq və uyğunsuzluq var.

Bunu müsahibəsində Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov deyib.

Agentlik direktoru bildirib ki, Bakı və ətraf rayonlarda bir neçə peşə təhsil müəssisəsinin tikilməsinə ehtiyac var: “Paytaxtın Yasamal, Suraxanı və Binəqədi rayonlarında yeni peşə təhsil müəssisələri açılsa, oradakı plan yerləri dola bilər. Bu, bölgələrə də aiddir. Çünki Mərkəzi Aran, Abşeron-Xızıda tələblə təklif arasında böyük boşluq və uyğunsuzluq var”.

C.Kərəmov hesab edir ki, növbəti illərdə bir çox rayonlarda peşə təhsil müəssisələrinin tikilməsi daha da sürətləndirilməlidir.

O qeyd edib ki, ümumilikdə 2026-cı ilə qədər Qarabağ istisna olmaqla ölkə ərazisində 8 peşə təhsili müəssisəsi tikiləcək, eyni zamanda azad olunmuş ərazilərdə də 8 müəssisə inşa olunacaq.

Müsahibənin tam mətni ilə buradan tanış ola bilərsiniz.

Tehsil-press.az

Oxşar xəbərlər