NDU-nun İnformasiya Texnologiyaları şöbəsinin müdiri Hüseyn Əsgərli və həmin şöbənin mühəndis-proqramçısı Ramil Salayevin ali təhsil müəssisələrində semestr imtahanlarının, aralıq qiymətləndirilmələrin (kollekvium) elektron qaydada həyata keçirilməsi məqsədi ilə yaratdıqları “Elektron imtahan” proqramına Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi tərəfindən şəhadətnamə verilib.
“Elektron imtahan” proqramı tərtib olunmuş alqoritm və proqramlaşdırma dili əsasında Azərbaycan dilində hazırlanmış bir proqram təminatıdır. Vahid pəncərə prinsipi ilə işləyən proqram super administrator, administrator, tyutor və tələbə modullarından ibarətdir. Proqramda “Axtar” düyməsi vasitəsilə tələbənin ad, soyad məlumatlarını daxil edərək əvvəlki və cari semestr ərzində aldığı qiymətləri görmək mümkündür.
Bu proqram təminatı tələbələrin Ümumi Orta Müvəfəqqiyyət Göstəricilərinin (ÜOMG), təqaüdlərinin avtomatik hazırlanmasını təmin edir. Proqram həmçinin elektron test bankında təkrar sualların yerləşdirilməsinin qarşısını alır və eyni zamanda test sualı tərtib edən müəllimə sistem üzərindən təkrar suallarla bağlı xəbərdarlıq maili göndərir.
Müəyyən olunmuş vaxt ərzində kompüterin köməyi ilə 50 sualı cavablandırmalı olan hər bir tələbə imtahanı bitirdiyini təsdiqlədikdən dərhal sonra tələbə öz imtahan nəticəsi ilə bağlı məlumatı əldə edir və imtahan bitdikdən sonra sualların düzgün cavablarına baxa bilir.
Proqramda tələbənin imtahan verdiyi kompüterin İP nömrəsi, cavablandırdığı suallarla bağlı statistika, həmçinin imtahan sistemində tələbəyə verilən icazələrin statistikasını da görmək mümkündür. Proqrama yazılı və şifahi imtahan nəticələri fakültə tyutorları tərəfindən hər günün sonunda daxil edilir. Gündəlik, aylıq və illik imtahan hesabatları sistem tərəfindən avtomatik hazırlanır.
Tehsil-press.az